7 May 2021 20:57
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Everest dağının şimal yamacını alpinistlər üçün yenidən açıb.

Teleqraf.com xəbər verir ki, dünyada dəniz səviyyəsindən ən yüksək zirvə olan Himalaydakı Everest dağı keçən il koronavirus səbəbiylə turlara bağlanmışdı.

Çinli səlahiyyətlilərin verdiyi açıqlamada Everest dağının şimal yamacının alpinistlər üçün yenidən açıldığı bildirib. Tibetdə Comolongma kimi tanınan zirvəyə yoluxma riski az olan bölgələrdən gələn və tibbi arayışı olan 38 alpinistin qalxmasına icazə verilib.


Müəllif: Yeganə Oqtayqızı