7 May 23:43
564

Ukrayna Azov dənizində yeni hərbi dəniz bazaları inşa etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin nəşri “Sohu” yazıb.

Qəzet qeyd edib ki, Ukrayna Azov dənizindəki hərbi bazasını genişləndirməklə Rusiya ilə üz-üzə qalacaq:

“Rusiya Krımı ilhaq edib, bu baxımdan demək olar ki, Azov Rusiyanın daxili dənizinə çevrilib.

Ukraynanın Azovda hərbi varlığını gücləndirməyi planlaşdırdığı uzun bir sahil xətti var. Bu planı həyata keçirmək üçün Ukrayna Böyük Britaniyadan 1.6 milyard dollar kredit alıb. Bazanın inşası 2021-ci ildə başa çatmalıdır. Ukrayna bundan NATO hərbi gəmiləri üçün ev bazası olaraq istifadə etmək niyyətindədir”.


Müəllif: Mənsur Rəğbətoğlu