Şərqi Qüdsdə fələstinlərlə İsrail polisi arasında qarşıdurma olub.
Teleqraf.com xəbər verir ki, hadisə Əl-Aksa məscidi yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, İsrail polisi ilə toqquşmalarda 200-ə yaxın fələstinli xəsarət alıb. Belə ki, fələstinlilər polisin əmrinə tabe olmaqdan boyun qaçırıblar, nəticədə İsrail polisi məcburən güc tətbiq edib.
Toqquşmalar nəticəsində İsrail polisinin 6 əməkdaşı yaralanıb.