8 May 2021 19:06
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, İtaliya, Böyük Britaniya, Fransa və Almaniyanın 24 dekabrda keçiriləcək seçkilərlə bağlı açıqlamasını Liviyanın daxili işlərinə müdaxilə hesab edirik.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Liviya Dövlət Şurası çıxış edib.

Dövlət Şurası bəyan edib ki, süverenliyin pozulması yalnız muzdlu əsgərlər vasitəsilə ilə deyil, eyni zamanda qətiyyətlə rədd etdiyimiz xarici müdaxilələr vasitəsilə də həyata keçirilə bilər:

“Xarici ölkələrin səfirləri, diplomatları normalara görə, bəlli xidmətlərindən kənara çıxmamalı, ev sahibi ölkənin qanunlarına tabe olmalı və heç bir bəhanı altında bunlar qarşı olmamalıdır”.

Qeyd edək ki ABŞ, İtaliya, Fransa, Birləşmiş Krallıq və Almaniyanın səfirləri tərəfindən yayımlanan ortaq bəyanatda 24 dekabrda keçiriləcək seçkilərin asanlaşdırılması, həmçinin seçkilərin hazırlanması ilə bağlı orqanlarda, onların işini ləngidəcək hər hansı bir dəyişiklik edilməməsi çağırışı olunub.

Liviya Dövlət Şurası isə bu kimi çıxışları yazılı açıqlama ilə rədd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər