İngiltərənin paytaxtında təxminən 6 milyon seçicinin iştirak etdiyi mer seçkilərində rəsmi nəticələr açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Fəhlə Partiyası ilə hakim Mühafizəkar Partiyanın namizədləri arasındakı yarışda 1 milyon 206 min 34 seçicinin səsini qazanan Sadiq Xan öz postunu qoruyub.
Fəhlə Partiyasından olan Xanın ən yaxın rəqibi, Mühafizəkarlar Partiyasının namizədi Şon Beyli 977 601 səs qazanıb.
Beləliklə, 2016-cı ildəki qələbəsindən sonra Xan ikinci dəfə növbəti 5 il üçün İngiltərənin paytaxtını idarə etmək hüququ əldə edib.
Qeyd edək ki, Sadiq Xan Pakistan əsillidir.