10 May 2021 08:30
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) milli döyüş təyyarəsi istehsal etmək istiqamətində fəaliyyətini genişləndirib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə təyyarənin ehtiyat hissələrini və mühüm avadanlıqlarının istehsalı ilə məşğul olan qurumlarla əməkdaşlıq ediləcək.

Türkiyədə milli döyüş təyyarəsinin istehsalı 2030-cu ilə planlaşdırılıb. Bildirilir ki, bu sahədə ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) imkanlarından istifadə olunacaq. Bu istiqamətdə cari ildə TUSAŞ və ASELSAN arasında anlaşma imzalanacağı gözlənilir. Qeyd edilir ki, Türkiyə tam elektron sistemlərlə təchiz olunacaq 5-ci nəsil hərbi döyük təyyarəsi düzəldən ölkələr arasında yer alacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər