Rumıniyada “Qraf Drakulanın qəsri” adlandırılan Bran qəsrində pulsuz COVID-19 peyvəndləmə məntəqəsi açılıb.
Teleqraf.com xəbər verir ki, peyvəndləmə hər cümə, şənbə və bazar günləri may ayı marafonu çərçivəsində keçiriləcək.
Gələnlərə “Pfizer” və “BioNTech”in peyvəndləri vurulacaq.
“Vampirlər kralı”nın qəsrində bütün peyvəndlənənlərə xüsusi sertifikat veriləcək. Bundan əlavə, orta əsrlərə aid işgəncə alətləri sərgisinə pulsuz bilet alacaqlar.
Bundan əvvəl ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Mörfi sakinlərə koronavirus əleyhinə peyvəndlər üçün pulsuz pivə vəd etmişdi. May ayında peyvənd olunan hər yetkin şəxsə bir qədəh pivə veriləcək.