10 May 2021 21:54
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya 2014-cü ildə Vrbetitsadakı bir sursat anbarında baş verən partlayışa görə Rusiyadan ən azı 1 milyard kron (47 milyon dollardan çox) təzminat tələb edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Çexiyanın maliyyə naziri Alena Şillerova məlumat verib.

Nazirin sözlərinə görə, məsələyə ən uyğun həll beynəlxalq hüquqa uyğun təzminat tələbi olacaq.

Şillerova, eyni zamanda, Rusiyadan pul almaq şansının az olduğunu deyib.

Çexiya Xarici işlər naziri Yakub Kulqanek hökumətin yaxın həftələr və ya aylar ərzində təzminat üçün müraciət etmək qərarına gəldiyini söyləyib.

Çexiya Rusiya xüsusi xidmət orqanlarını 2014-cü il oktyabrın 16-da Vrbetitsada bir sursat anbarında iki nəfərin ölümü ilə nəticələnən partlayışda iştirak etməkdə ittiham edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər