“Avropa Birliyi Rusiya ilə dialoqa hazırdır, Moskvadan da eyni şeyi gözləyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Xarici işlər naziri Hayko Maas deyib.
“Biz dialoqa hazırıq və Moskvanın da dialoqa qayıtmasının vaxtı gəldi”, - nazir bildirib.
Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok da Avropa Birliyini Rusiya ilə münasibətlərin inkişafındakı “mənfi spiral”ı dayandırmağa çağırıb.
Onun sözlərinə görə, AB və Rusiya arasındakı münasibətləri daha da kəskinləşdirməyə ehtiyac yoxdur.