Rusiyanın mövcud neft ehtiyatı 59 il, qaz ehtiyatı 103 il kifayət edəcək.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiya Təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov çıxış edib.
Nazir yalnız ölkənin ümumi neft-qaz balansından danışıb, bura hələ kəşf olunmamış və işlənməmiş yataqları daxil etməyib.