11 May 2021 20:16
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukrayna ilə sərhədlərə silah göndərməyi dayandırıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.

“Hamımız keçən ay ərzində sanksiyaların praktikada necə işlədiyini gördük. Ukraynanın bütün tərəfdaşlarına bizi vaxtında dinlədikləri üçün, Rusiyanın bölgəyə silah göndərməsini dayandırmasına çox əhəmiyyətli töhfə verdikləri üçün təşəkkür edirəm”, - Kuleba bildirib.

Nazir, eyni zamanda, Rusiya hərbi qüvvələrinin sərhəd və işğal olunmuş ərazilərdə qaldığını da diqqətə çatdırıb.

Bundan əvvəl Prezident Vladimir Zelenski Ukrayna sərhədlərindəki eskalasiyanın dayandığını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər