Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb.
Teleqraf.com xəbər verir ki, ötən sutka ərzində ölkədə 2 357 nəfər virusa yoluxub. Aprel ayının əvvəllərində virusa yoluxmada azalma müşahidə olunsa da, sonradan rəqəmlərdə artım müşahidə olunub.
Bu günə qədər Britaniyada 4 milyondan çox adam koronavirusa yoluxub, 128 min nəfər isə həyatını itirib.
Ölkədə koronovirus peyvəndinin 1-ci dozası 35 milyon, 2-ci dozası isə 17 milyon 850 mindən çox insana vurulub.
Mütəxəssislər koronavirusa görə tətbiq olunan karantin rejiminin yumşadılmasının virusa yoluxanların sayının artmasına səbəb olduğunu açıqlayıblar.