Fələstin Kəşfiyyat Xidmətinin əməkdaşına qarşı Nablus yaxınlarında Zaatara hərbi nəzarət postunda İsrail hərbçiləri tərəfindən sui-qəsd cəhdi olub.
Teleqraf.com xəbər verir ki, Fələstin Kəşfiyyat Xidməti açıqlamasında İsrailin bu əməliyyatı nəticəsində bir nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, ötən gün İsrail əsgərləri Zaatara nəzarət postuna hücum edib. Nəticədə bir fələstinli öldürülüb, 1 nəfər isə yaralanıb. İsrail ordusunun rəsmi açıqlamasında isə Zaatara hərbi postuna hücum olunduğunu və buna qarşılıq verildiyi açıqlanmışdı.