13 May 2021 14:06
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ramazan bayramı münasibətilə təbrik mesajı yayımlayıb.

Teleqraf.com xəbər verir ki, Allahdan müsəlmanların tutduqları orucun qəbul olunmasını diləyən Baş katib İslam dövlətlərinə sülh, sabitlik və rifah arzulayıb. O, COVID-19 pandemiyasının tezliklə yox olmasını və bütün dünyada həyatın normal axara dönməsini arzulayaraq qeyd edib: “Qoy, bu Ramazan bayramı pandemiya şəraitində keçən sonuncu bayram olsun!” Əl-Osaymin əlavə edib ki, COVID-19 əleyhinə vaksinlərin bütün insanlar üçün əlçatan olması mühüm məsələdir.

Mesajın sonunda İslam aləmində və bütün dünyada sülh, təhlükəsizlik və inkişaf naminə insanların həmrəy olmasının zəruriliyi vurğulanıb.


Müəllif: Teleqraf.com