14 May 2021 08:22
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin ətrafındakı vəziyyəti müzakirə etmək üçün bazar günü toplanacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində yazıb.

"BMT Təhlükəsizlik Şurası İsrail və Qəzzadakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq. ABŞ gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək”, deyə Qrinfild bildirib.

Qeyd edək ki, bundan əvvəl, sözügedən məsələ ilə bağlı Çin, Norveç və Tunis BMT Təhlükəsizlik Şurasının cümə günü açıq toplantısını tələb etmişdi, lakin ABŞ tərəflərlə diplomatik təmasların davam etməsi şəraitində görüşün gələn həftənin əvvəlinə qədər təxirə salınmasını istəmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər