Hindistanda sutka ərzində koronavirus infeksiyasına 343 144 yoluxma hadisəsi aşkarlanıb. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 24 milyonu ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə NDTV kanalı Hindistan Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Sutka ərzində ölkədə 4 min insan koronavirusdan ölüb. Ümumilikdə Hindistanda koronavirusa yoluxduğu təsdiqlənmiş 262 317 nəfər dünyasını dəyişib.
Bu günə qədər ölkədə 20 milyondan çox insan COVID-19-dan xilas olmağı bacarıb.