14 May 2021 20:27
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun rəsm əsərləri və digər işləri xeyriyyə hərracında satılacaq. Əldə olunan gəlir beyin şişləri olan uşaqların müalicəsi və dərmanlarına sərf olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Konstantin Xabenski xeyriyyə fondu məlumat yayıb.

“Həyat üçün yaradıcılıq” adlı xeyriyyə hərracı cümə günü Rus Coğrafiya Cəmiyyətinin Moskvadakı qərargahında keçiriləcək.

“Sergey Şoyqunun işləri təqdim ediləcək: rəsm əsərləri, dekorativ taxta vaza, əl işi üçün taxta masa. Hərrac zamanı yığılan vəsait Xabenski Fondu tərəfindən beyin şişləri olan uşaqların neyrocərrahiyyə müalicəsinə və onların dərmanlarının alınmasına yönəldiləcək”, – deyə bldirilib.

Hərrac zamanı aktyorlar Konstantin Xabenski və Sergey Burunovun ifasında Şoyqunun “Dünən haqqında” kitabındakı hekayələr də təqdim olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər