15 May 2021 11:30
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu bu gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti raketlərin yarıdan çoxunun raketdən müdafiə sistemi tərəfindən məhv edildiyini qeyd edib.

“Bu gün saat 07:00-a olan məlumata görə, dünən saat 19:00-dan etibarən Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atışı qeydə alınıb. Atılan raketlərin 30-a yaxını Qəzza zolağına düşüb. Raket əleyhinə müdafiə sistemi 100-dən çox raketi məhv edib”, - deyə bildirilib.

Bundan əvvəl İsrail ordusu HƏMAS-ın Qəzzada yerləşən hərbi kəşfiyyat obyektinə zərbə endirdiyini bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər