Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 576 yoluxma halı qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 329 407 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 29 nəfər ölüb, 584 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 426 nəfər, sağalanların sayı isə 307 918 nəfər təşkil edir.