11 yaşı olarkən ABŞ Prezidenti Barak Obamadan müsahibə götürən Deymon Uiver 23 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Palm Beach Post” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, gəncin ölümü barədə xəbəri bacısı yayıb.
D.Uiver ibtidai sinif şagirdi olan zaman 2009-cu ilin avqust ayında B.Obama ilə görüşüb və ondan müsahibə alıb. Görüş təxminən 10 dəqiqə davam edib, oğlan prezidentə əsasən məktəb və təhsillə bağlı 12 sual verib.
Qəzet qeyd edir ki, bu, D.Uiverin məşhur şəxslərlə yeganə müsahibəsi olmayıb. Gənc o zamankı vitse-prezident Co Bayden, məşhur televiziya aparıcısı Opra Uinfri, basketbolçu Dueyn Ueydlə də görüşüb.