16 May 2021 15:47
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarda Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri, habelə hökumət üzvləri Ermənistan Nazirlər Kabinetinə gəliblər.

Teleqraf.com xəbər verir ki, son olaraq baş nazirin müavini Tiqran Avinyan da hökumət binasına daxil olub.

Qeyd edək ki, Tiqran Avinyan sonuncu dəfə Qara göl ətrafında baş verənləri dəqiqləşdirmək üçün özü şəxsən Laçınla sərhəd ərazilərdə olub.

Ehtimal olunur ki, Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Xatırladaq ki, mayın 12-də Azərbaycan Sərhəd Xidməti Ermənistanla dövlət sərhədlərinin dəqiqləşdirilməsi çərçivəsində Qara göl və Vardenis istiqamətində addımlar atır.

Rəsmi İrəvan isə qanunlara məhəl qoymadan beynəlxalq aləmdə Azərbaycan əleyhinə ucuz kampaniya aparmağa start verib.


Müəllif: Cavad

Oxşar xəbərlər