16 May 2021 16:05
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi sosial şəbəkələrdə Pilotsuz Uçuş Aparatlarının (PUA) PKK terrorçularını məhv etdiyi anın video görüntülərini paylaşıb.

Teleqraf.com xəbər verir ki, nazirlik terrorçuların PUA-lardan qaçmaq imkanı olmadığını bəyan edib.

“İraqın şimalında “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində Zap bölgəsində müəyyən olunan PKK terrorçuları PUA-larımız tərəfindən zərərsizləşdirilib. Bölgədə sonuncu terrorçunu məhv edənə qədər əməliyyatlarımız davam edəcək”, -Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.


Müəllif: Cavad