16 May 2021 21:54
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk İsrail və Qəzza ərazisindəki hərbi qarşıdurmanı dayandırmaqla bağlı çağırış edib.

Teleqraf.com xəbər verir ki, katolik kilsənin ruhani başçısı Müqəddəs Peter meydanındakı həftəlik müraciəti zamanı son günlər çox sayda günahsız insanın, o cümlədən uşaqların həyatını itirməsini yolverilməz və dəhşətli hal adlandırıb.

Xatırladaq ki, bundan əvvəl İsrail hərbçilərinin Qəzzada "Həmas" hərəkatının mövqelərinə qarşı hava hücumu nəticəsində yerli səhiyyə qurumunun açıqlamasına görə aralarında 10 uşağın da olduğu 42 fələstinli həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər