17 May 2021 00:39
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin cənubunda yerləşən Aşdod şəhərində sinaqoqa raket atılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Maqen David Adom” təcili yardım xidmətindən bildirilib.

Məlumata görə, raket sinaqoqa Şavuot mərasimindən 2 saat əvvəl atılıb. Xəsarət alan və ölən olmayıb. Raket zərbəsindən sonra sinaqoqda təmizlik işləri aparılıb və bayrama hazırlıqlar davam etdirilib.


Müəllif: Teleqraf.com