Şamil Basayevin dəstəsinin daha bir üzvü məhkəmə qərarı ilə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında deyilir. 1999-cu ilin iyulunda könüllü olaraq Basayevin dəstəsinə qoşulan Stavropol sakini Baqaudin Kuvanayev haqqında silahlı üsyan və hüquq-mühafizə orqanının zabiti və hərbçisinin həyatına qəsd maddələri ilə həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda məhkəmənin yekun qərarı elan olunacaq.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, 1999-cu ildə Dağıstana hücumda iştirak edən 80-dən çox şəxs 3 ildən 19 ilədək azadlıqdan məhrum edilib. Daha 28 nəfər isə axtarışdadır.
Xatırladaq ki, 1999-cu ilin avqust-sentyabr aylarında Şamil Basayev və Əmir Xəttabın komandanlığı altında Çeçenistandan olan silahlılar Dağıstana hücum ediblər. Hadisə nəticəsində 280-dən çox insan ölüb, 800-dən çox insan yaralanıb.