Məşhur livanlı boksçu Mahmud Çar qızıl kəmərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə boksçunun özü məlumat verib.
WBA versiyası üzrə dünya çempionu 139 kiloqramlıq amerikalı rəqibi Kristofer Lavdcoyu ikinci raundda nakautla məğlub edib.
İndiyədək çıxdığı 19 matçın hamısını nakautla qazanan Levdcoy bu dəfə rinqdən məğlub kimi ayrılıb. Bu nəticə ilə dünya reytinqində zirvəyə qalxan Mahmud Çar qarşıdakı aylarda superçempion, britaniyalı Entoni Joşua ilə qarşılaşacaq.
Matçdan sonra sosial şəbəkə hesabında türk dilində paylaşım edən Çar onun zəfərinə inananlara və dəstəkləyənlərə təşəkkür edib:
“Qarşılaşmadan əvvəl çox gərgin idim. Üç illik fasilədən sonra yenidən rinqlərə qayıdaraq, belə bir güclü rəqibi məğlub etmək məni xoşbəxt etdi. Bu qarşılaşmadan sonra yenidən Türkiyəyə gedərək mənə media və sosial şəbəkədə dəstək verən türk xalqına təşəkkür edəcəyəm. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb qızıl kəmərimi ona hədiyyə verəcəyəm”.