Avstraliyanın ən yaşlı adamı olan 111 yaşlı Dekster Krüger toyuq beyni yediyi üçün uzun yaşadığını iddia edib.
Teleqraf.com xəbər verir ki, Krügerin 74 yaşlı oğlu Qreq də atasının uzunömürlü olmasında şəhərdən uzaqda yaşamasının əsas rol oynadığını söyləyib.
111 yaşlı Krüger isə toyuq beynindən müntəzəm istifadəsi sayəsində uzun ömür yaşadığını bildirib.
Krügerin yaşadığı qocalar evinin direktoru Melaniya Kalvert onun bu günlərdə tərcümeyi-halını yazdığını və yaddaşının hələ də yaxşı vəziyyətdə olduğunu deyib.
“111 yaşlı bir insan üçün inanılmaz yaddaşı var”, - Kalvert söyləyib.
Avstraliyanın ən yaşlı insanı Kristina Kuk 2002-ci ildə 114 yaşında vəfat edib.