17 May 2021 15:41
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

70-dən çox namizədin qatıldığı Kainat Gözəllik Müsabiqəsində tacın yeni sahibi bəlli olub.

Teleqraf.com xəbər verir ki, koronavirus səbəbindən təxirə salınan yarışın qalibi Meksikanın ən gözəl qadını Andrea Meza seçilib.

26 yaşlı Meza ABŞ-ın Florida ştatında keçirilən müsabiqənin finalında Braziliya və Peru gözəllərini geridə qoyaraq, taca sahib çıxıb.

Meza tacı 2019-cu ilin qalibi Zozibini Tünzidən alıb.

2011-ci ildən bəri “Kainat gözəli” tacını taxan ilk qaradərili qadın Tünzi, eyni zamanda, bu ünvanı qazanmış ilk afrosaçlı qadındır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər