Ukraynada təyyarəsinin qəzaya uğradığı ərazidə yeni insan qalıqları aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Hollandiyanın baş naziri Mark Ryutte “Agence France-Presse” bildirib: "Cümə günü yığılmış bədən hissələri indi birinci ekspertiza üçün Xarkova çatdırılacaq, sonra onlar Niderlanda aparılacaq".
Baş nazir yeni qalıqları Ukraynanın şərqində təyyarənin qəza yerində olmuş beynəlxalq ekspertlər qrupunun aşkar etdiyini söyləyib.
Ryuqqe qeyd edib ki, aviaqəza ərazisində vəziyyət tez-tez dəyişir: "Bir gün orada nisbətən sakit olur, amma başqa gün qəza yeri döyüş keçirilən cəbhə xəttinə çevrilə bilər".
Xatırladaq ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 298 nəfər həlak olub.