Koronavirusundan ən çox əziyyət çəkən ölkələrdən biri olan Rusiyada təşkil olunan yarışma təəccübə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Novosibirsk şəhərində keçirilən yarışda iştirakçılardan ən qısa müddətdə göstərilən ölçülərə uyğun məzar qazmaq tələb olunub.
Omsk şəhərindən yarışa qatılan komanda 38 dəqiqə ərzində qəbirləri istənilən ölçüdə qazaraq qalib gəlib. Ən sürətli məzar qazan komandaya 30 min rubl (405.435 dollar) pul mükafatı verilib.
Bir çox ölkədə olduğu kimi, Rusiyada da peyvəndlərə ehtiyatla yanaşanlar var. Uzunmüddətli təsirlərinin bilinmədiyini iddia edənlər peyvənd olunmaqdan çəkinirlər. Məlumata görə, Rusiya da bu vəziyyətə qarşı qara mizah kimi istifadə edib bu yarışmanı keçirib.