18 May 2021 00:45
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Müdafiə Ordusunun qırıcıları Qəzza sektorunda HƏMAS komandirlərinin "terror infrastrukturu" kimi istifadə olunan beş evinə hücum edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.

"Son bir neçə saatda İsrailin Müdafiə Ordusunun qırıcı və təyyarəsi HƏMAS-ın bütün Qəzza üzrə terrorçuların beş qərargahına hücum etdi. Hücum edilmiş evlər terrorçuların infrastrukturu kimi xidmət göstərirdi", - xəbərdə deyilir.

Qeyd edək ki, Qəzza sektorunda vəziyyət mayın 10-da gərginləşib.


Müəllif: Teleqraf.com