Türkiyədə polisi qara çarşablı, çəhrayı çətirli şəxsi axtarır.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Faruk Ö. adlı gənc tanınmamaq üçün qara çarşab və çəhrayı çətirlə yaxınlaşdığı 23 yaşlıı Məzlum Karadağoğluna güllə yağdırıb. Hücum zamanı Karadağoğlu ilə birgə olan suriyalı 34 yaşlı Mustafa Buzi yaralanıb.
Hadisə Yüreğir mahalının şəhid Erkut Akbay məhəlləsində baş verib. İddiaya görə, qara çarşab və çəhrayı çətirli Faruk Ö. motosikletdən düşüb və Məzlum Karadağoğluna tapançadan atəş açıb. Bədənindən 5 güllə yarası alan Karadağoğlu və qolundan yaralanan Buzi xəstəxanaya yerləşdirilib.
Dadaloğlu bulvarına girib qaçmağa çalışan təcavüzkar yağışa görə sürşkən yolda tarazlığını itirib yıxılıb. O, üzərindəki qara çarşabı, motosiklet və çəhrayı çətiri buraxıb qaçaraq aradan çıxıb. Şahidləri qaçan şübhəli şəxsin Faruk Ö. olduğunu bildiriblər.
Hadisənin narkotik anlaşılmazlığı üzündən baş verdiyi bildirilir. Polis Faruk Ö.-nu tutmaq yaxalama üçn hərəkətə keçib.
Nihad