18 May 2021 10:47
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Antoni Blinken İsrail-Fələstin münaqişəsinə dair İsrail, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri və Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə təmsilçisi Josef Borrellə müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prike yazılı açıqlama verib.

Yazılı açıqlamada qeyd edilir ki, Antoni Blinken İsrail xarici işlər naziri Qabi Aşkenzi ilə görüşündə ABŞ-ın uşaqlar daxil olmaqla həm İsrail, həm də fələstinli mülki insanların həyatlarının itirdiyi zorakılığı dayandırmaq məsələsini müzakirə edib.

AB-nin ali nümayəndəsi Jozef Borrell ilə görüşə dair açıqlamada isə qeyd edilib ki, İsrail və Fələstin arasında davam edən hərbi münaqişəni dayandırmaq üçün ABŞ-AB-nin ortaq cəhdləri müzakirə edilib.

Dövlət katibi Blinkenin BƏƏ-nin Xarici işlər naziri Abdullah bin Zayed ilə görüşündə isə Fələstində davam edən zorakılığı dayandırmaq məsələsi müzakirə edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər