Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu gün İran səfiri Kazem Cəlalini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ məsələsi və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət daxil olmaqla regional gündəmin aktual məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
Məlumata görə, Andrey Rudenko bu gün, həmçinin, Fransanın Moskvadakı səfiri Pyer Levini də qəbul edib.
“Söhbət əsnasında Cənubi Qafqazdakı vəziyyət, Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilib.