Rumıniyada prezident seçkiləri ilə əlaqədar “sükut günü” başlayıb, namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərdə 14 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq.
Lakin sorğulara əsasən, seçkilərdə qalib gəlməyə əsas namizədlər ölkənin baş naziri Viktor Ponta və Sibiu şəhərinin meri, alman əsilli Klaus Yoxannisdir.
Seçkilərdə namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, noyabrın 16-da səsvermənin ikinci turu baş tutacaq.
Qeyd edək ki, hazırkı prezident Trayan Besesku, ölkə Konstitusiyasına uyğun olaraq, üçüncü müddətə namizədliyini irəli sürə bilməz.