19 May 2021 10:41
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri Ermənistanın Sünik bölgəsindəki vəziyyətlə əlaqədar tələbini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov Düşənbədə Tacikistan xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında deyib ki, dünən KTMT xarici işlər nazirlərinin işinə qeyri-rəsmi rejimdə başlayıblar: “Dünən axşam təşkil olunan iclasda erməni həmkarlarımızın tələbinə baxdıq. Bu tələbə uyğun olaraq İrəvan ilə Bakı arasındakı münasibətləri müzakirə etdik”.


Müəllif: Cavad

Oxşar xəbərlər