19 May 2021 17:34
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın səhiyyə naziri Maksim Stepanov ölkəni kifayət qədər COVID-19 peyvəndi təmin edə bilmədiyi səbəbindən parlamentdə vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com-un xəbərinə görə, Ukrayna Baş naziri Denis Şmihal bu günə qədər ölkəyə təxminən 2,2 milyon doz peyvənd gətirildiyini bildirib.

Səhiyyə nazirinin peyvənd tapa bilmədiyini əsas gətirən baş nazir ondan istefa verməyi tələb edib. Ona yönələn tənqidləri qəbul etməyən Stepanov istefa verməkdən imtina edib. Bundan sonra parlamentdə Stepanovun istefası üçün səsvermə keçirilib. 14 aydır Səhiyyə Naziri olan Maksım Stepanov 292 millət vəkilinin səsi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 44 milyondan çox əhalisi olan Ukraynada 2 milyon 165 min 233 nəfər koronavirusa yoluxub, 48 min 696 nəfər ölüb. Koronavirusa qarşı peyvəndləməyə fevralın 24-də başlayan ölkədə 950 min nəfər ilk doza, təxminən 27 min nəfər isə ikinci doza vaksinasiya olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər