19 May 2021 21:53
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Ruslan Xomçak sentyabr ayında Rusiya və Belarus arasında keçiriləcək strateji təlimlərini “potensial təhlükə” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.

“Rusiya rəhbərliyi Kiyevə təzyiq göstərmək üçün qonşu dövlətlərin imkanlarından istifadə edir. Belə bir siyasət ölkəmizin ərazi bütövlüyü və suverenliyini pozmaq üçün təcavüzkar davranışların davamından başqa bir şey deyil”, - məlumatda qeyd edilib.

General Moskvanın Qara, Azov və Xəzər dənizlərindəki donanmasını gücləndirmək üçün etdiyi addımların da Ukrayna sərhədləri üçün təhlükə yaratdığını deyib: “Bu, Rusiyaya silahlı qüvvələrinin Ukraynaya qarşı hücum əməliyyatları aparmaq üçün hücum potensialını sürətlə artırmağa imkan verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər