Polşa müdafiə naziri Mariuş Blaşakın sosial şəbəkədəki paylaşımı müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, nazir Tvitter hesabında Türkiyə istehsalı “Bayraktar TB-2”-nin fotosunu paylaşıb.
O, fotonun üzərində “Yaxında yaxşı xəbərlər olacaq, gözləyin” qeydini yazıb.
Balaşakın bu paylaşımı Polşanın Türkiyədən dron tədarükünə başlayacağı müzakirəsinə yol açıb. Əgər “Bayraktar TB-2” Polşaya ixrac edilsə, ilk dəfə bir NATO üzvü ölkəsi sözügedən PUA-dan almış olacaq.
Qeyd edək ki, Türkiyə bundan əvvəl Qətər, Ukrayna və Azərbaycana “Bayraktar TB-2” ixrac edib.
Türk dronlarının Liviya, Suriya və Azərbaycandakı (Qarabağ) müharibələrdə uğurla sınaqdan keçməsi dünyada müzakirələrə səbəb olub.