20 May 2021 01:36
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Silahlı Qüvvələri, eləcə də dünya silah satışı bazarına daxil olmaq üçün yeni silahlar istehsal etmək niyyətindədir. Bunun üçün Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində Gürcüstan-İsrail birgə müəssisəsi yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə İsrail şirkətlərinin nümayəndələri arasında əməkdaşlığa dair saziş imzalanıb.

Sənədə əsasən, müasir avadanlıqla təchiz ediləcək birgə müəssisədə “M-4” tipli avtomat silahlar istehsal olunacaq. Gələcəkdə müəssisədə digər silah-sursatın da istehsalı planlaşdırılır.

Gürcüstan, eyni zamanda, pilotsuz uçuş aparatları (PUA) da istehsal etmək niyyətindədir.

Nazir deyib ki, PUA-lar da “Delta” hərbi elmi-texniki mərkəzində istehsal olunacaq.

İlk PUA-ların 2022-ci ildə təqdim ediləcəyi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər