Rusiyanın S7 Hava Yolu Şirkəti Türkiyəyə uçuşların dayandırılması səbəbindən 300 milyon ziyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə S7 Hava Yolu Şirkətinin rəsmi nümayəndəsi Tatyana Fileva bildirib.
O deyib ki, Türkiyəyə uçuşların dayandırılması səbəbindən şirkətə 300 milyon rubl ziyan dəyib.
Xatırladaq ki, Rusiya hökuməti ötən ay Türkiyəyə uçuşların iyunun 1-nə qədər təxirə salınması haqda qərar qəbul edib.