Bir zamanlar Rumıniyanı sərt idarə üsulu ilə idarə edən Nikolay Çavuşevskinin təyyarəsi mayın 27-də satışa çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, dünyanın ən qatı diktatorlarından sayılan Çavuşevski bu təyyarədən cəmi 4 il müddətində istifadə edib.
Çavuşevski satışa çıxarılan təyyarə ilə 1986-1989-cu illərdə rəsmi uçuşlar həyata keçirib.
“Rombac 1-11” tipli model təyyarə “All-Star Game” muzeyindən satışa təqdim ediləcək. Bu təyyarə Rumıniyada istehsal olunan ilk təyyarədir. Onun ilkin qiyməti 25 min avro olacaq.
Məlumat üçün bildirək ki, Rumıniya kommunist rejimlərin hakim olduğu ölkələr içərisində SSRİ-dən sonra ilk təyyarə istehsal edən ölkə kimi də tarixə düşüb.