20 May 2021 14:30
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan, Misir və Cənubi Kiprin müdafiə nazirləri ortaq bəyanatla çıxış ediblər.

Teleqraf.com bildirir ki, nazirlər əməkdaşlığı artırmaq məqsədilə Cənubi Kiprin paytaxtı Levkoşada bir araya gəliblər.

Cənubi Kiprin Müdafiə naziri Karalamboş Petridesin ev sahibliyi etdiyi toplantıda Yunanıstan Müdafiə naziri Nikos Panagiotopoulos və Misirin Müdafiə naziri Məhəmməd Zəki qatılıb.

Görüşün nəticəsi olaraq üç nazir birgə açıqlama ilə çıxış ediblər.

Hər üç nazir “ortaya çıxan regional təhdidlər işığında daha çox əməkdaşlığa ehtiyac olması” mövzusunda eyni mövqe ifadə ediblər, birgə keçirəcəkləri hərbi təlimlərə digər ölkələri də dəvət etmələri məsələsində həmrəylik nümayiş etdiriblər.

Cənubi Kipr və Yunanıstan müdafiə nazirləri Türkiyənin Kipr və Yunanıstan sularında beynəlxalq hüquqa zidd və regional sabitliyi zədələdiyini söyləyərək belə tədbirlərə qarşı olduqlarını ifadə ediblər.

Ortaq açıqlama verən üç nazir “hər hansı bir ölkənin süveren haqlarını, ərazi bütövlüyünü və birliyini pozan addımlar”ı qınayaraq beynəlxalq hüquqa hörmət göstərilməsini dəstəkləyiblər.


Müəllif: Cavad