Nigeriyada terrorçu Boko Haram qruplaşmasının aprel ayında girov götürdüyü 219 məktəbli qız islam dinini qəbul edərək, ərə gedib.
Axar.az xəbər verir ki, bunu terror qruplaşmasının lideri Əbubəkr Şekau yeni videomüraciəti zamanı deyib.
“Məgər siz bilmirsiz ki, Şibokada 200-dən çox girov götürülmüş qız İslamı qəbul ediblər? Biz onları ərə vermişik və onlar öz ərləri ilə evlərində yaşayırlar”, - Şekau bildirib.
Terrorçu lider Nigeriya hökuməti ilə atəşkəs elan etmələri ilə bağlı yayılan xəbərləri də təkzib edib. Hökumət tərəfindən yayılan bütün məlumatları Şokau yalan adlandırıb.