20 May 2021 23:13
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Donbas münaqişəsini siyasi karyerasında ən çətin işlərdən biri olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu haqda jurnalistlərə açıqlamasında danışıb.

“Həqiqətən bunun həlli 99 faiz Rusiyadan asılıdır. Bilmirəm bununla fəxr edirlər, yoxsa əksinə, amma belədir. Qalan 1 faiz isə məndən asılıdır. Biz bu məsələnin həlli üzərində işləyirik”, - Zelenski qeyd edib.

O, Donbas münaqişəsinin dondurulmasının qarşısını almağa çalışdığını söyləyib.

Zelenski bu məsələnin həllində heç nədən qorxmadığını vurğulayıb:

“Heç nədən qorxmuram, hara getdiyimi bilirəm, niyə olduğunu bilirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər