21 May 2021 15:39
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamenti Azərbaycana qarşı növbəti dəfə riyakar mövqe sərgilədi. Mayın 20-də Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamənin başqa adı yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Onun sözlərinə görə, qətnaməni hazrılayanlar və qəbul edənlər növbəti dəfə Azərbaycana qarşı qərəzli və vicdansızlıq ediblər:

“Aşkar görünür ki, bu, erməni fitvası ilə hazırlanıb və qəbul olunub. Terrorçuluqla mübarizəni şüara çevirən Avropa erməni diversantlarını, terroçularını müdafiə edir. Azərbaycanın əleyhinə 607 səsələ qəbul edilən qətnamədə erməni ”hərbi əsirlər” və “mülki məhbuslar”ın heç bir şərt olmadan azadlığa buraxılması tələb edilir.

Hardadır o hərbi əsirlər? Avropa Parlamenti onu göstərə bilərmi? Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bizdə heç bir hərbi əsir yoxdur. Müharibə zamanı əsir düşən hər bir erməni geriyə, öz ölkəsinə təhvil verilirb. Bəs onda Avropa Parlamenti kimləri hərbi əsir hesab edir? Terrorçuları! O terrorçuları ki, onlar müharibə bitdikdən, üçtərəfli razılaşma imzalandıqdan və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisinə keçərək terror törətmək istəyiblər.

Yaxud Avropa Parlamenti məlum qətnaməsində Ermənistanın suveren ərazisinin pozulması faktını qabardır və Azərbaycan tərəfini günahlandırmaqla avantüraya yol verir. Çünki Azərbaycan Ermənistanın süveren ərazisinə iddia etmir və heç bir pozulma faktı da ortada yoxdur. Bu dəfələrlə Azərbaycan rəsmiləri tərəfindən bəyan edilib. Ermənistandan tərəfindən Azərbaycan torpaqlarının 30 illik işğalına, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə, 20-ci əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırıman göz yuman Avropa Parlamentinin bizi ittiham etməyə haqqı çatırmı? 30 il Azərbaycan torpaqlarını Ermənistan işğal altında saxlayanda harda idilər?”.

Rəfail Becanov qeyd edib ki, ən gülməli tələblərdən biri Bakıdakı Hərbi Qənimətlər Parkının təxirə salınmadan bağlanması ilə bağlıdır:

“Bu park niyə bağlanmalıdır? Ermənistanda faşist Qaregin Njdenin ucaldılan heykəlini görmürlərmi? Avropa Parlamentinin bu tələbi faşist düşüncəsidir. Belə olmasaydı Azərbaycana bu şəkildə tələb qoyanda, heç olmasa Ermənistana da faşist təfəkküründən imtina ilə bağlı tövsiyə verilərdi. Təəssüf ki, Avropa Parlamenti ermənipərəst və qəzərli münasibətdən özünü sığortalaya bilmədi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər