21 May 2021 20:27
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fansa Prezidenti Emmanuel Makron və NATO Baş katibi Yens Stoltenberq Parisdə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, görüşdə Rusiya və Çin kimi avtoritar rejimlərə qarşı NATO-nun hava məkanını qorumağa davam edəcəklərini deyən Stoltenberq Ukraynadakı vəziyyəti də müzakirə etdiklərini bildirib.

Stoltenberq Rusiyanın Ukrayna və ətrafında hələ də öz hərbi birliklərini saxladığını və son gərginlikdən sonra bölgədəki qüvvəsinin sayının artdığını diqqətə çatdırıb: “Bizə sülh yolu ilə həll lazımdır”.

“Rusiyanın təcavüzkar davranışlarının narahatlıq yaratması və davam etməsi səbəbindən NATO “həyəcan” vəziyyətindədir”, - NATO baş katibi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər