Prezident Co Bayden ABŞ Sahil Təhlükəsizlik Akademiyasının tələbələrini səhv başa düşdükləri zarafatına görə, tənqid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Kursantlar qarşısında çıxış edən Amerika lideri Sahil Mühafizəsini “müharibə vaxtı donanmanın əmələ gətirdiyi güclü nüvə” adlandırıb.
Beləliklə, keçmiş prezident Ronald Reyqanın 1988-ci ildə Sahil Mühafizəsi kursantları ilə görüşdə etdiyi məşhur zarafatından sitat gətirib. Lakin Bayden sələfindən fərqli olaraq, alqış və gülüşləri eşitməyib.
Bundan sonra Bayden çıxışına davam etmək əvəzinə tələbələri tənqid edib: “Siz həqiqətən darıxdırıcı sinifsiniz. Düşündüm ki, heç olmasa alqışlayacaqsınız”.