İsrail Baş naziri Binyamin Netanyahu bu səhər HƏMAS-la atəşkəsdən sonra ilk dəfə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, İsrail hökumətinin başçısı bunun hələlik heç bir şey ifadə etmədiyini bildirib.
“Heç bir şey olmasa da, mütləq nəsə oldu”, - Netanyahu bildirib.
Netanyahu Qəzzadakı son əməliyyatın Həmasa böyük ziyan vurduğunu deyib:
“İsrail HƏMAS-a qarşı tarazılığı dəyişdirdi. 11 gündür Qəzza zolağındakı radikallara qarşı keçirilən güclü hücumlar güc nisbətində və oyun qaydalarında dəyişiklik yaratdı. Məlum olmasa da, bütün uğurlar zamanla ortaya çıxacaq”.
İsrail baş naziri qeyd edib ki, Qəzzadan yeni raket hücumları olsa, buna ən sərt şəkildə cavab verəcəklər.