Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 214 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 46 nəfər test edilib, onların 9 min 528-nin koronavirus testi pozitiv nəticə verib, 8 min 852 nəfər sağalıb, min 977 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 45 min 840 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 169 min 951 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 998 min 639 nəfəri müalicə olunaraq evə buraxılıb.